MƏLUMAT
15.02.2018-ci il tarixdə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində yerləşən, qorunan "Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində"(ASAN) işləyən Rüstəmov Şaiq Hüseynxan oğluna məxsus "Samsung" markalı telefonu oğurlamış Kərimov İlham Müslüm oğlu həmin idarənin kamera müşahidə qurğularının vasitəsilə hadisəni törədməsi təsdiq edilərək, maddi sübutla birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təhvil verilmişdir. Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.