MƏLUMAT

20.02.2018-ci il tarixdə saat 22:20 radələrində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları, Masazır qəsəbəsi, Zəngilan qaçqın şəhərciyinin yaxınlığında, qorunan neft kəmərlərinin ərazisində uzunluğu 10 metr, diametri 1000 mm olan metal borunu “Man” markalı manipulyator vasitəsilə oğurlamağa cəhd göstərmiş Naxçıvan MR, Culfa rayon sakinləri 1978-ci il təvəllüdlü Mustafayev Əkrəm Nəriman oğlu və 1999-cu il təvəllüdlü Məhərrəmov Qurban İlqar oğlunu saxlayaraq sonrakı araşdırmaların aparılması ilə bağlı Abşeron RPİ-yə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.

Arxiv

22/

02/18