MƏLUMAT
21.02.2018-ci il tarixdə saat 21:10 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Cavadxan küçəsi 20 ünvanında yerləşən fiziki şəxsə məxsus “İnternet” klubdan oğurluq edib qaçmaq istəyərkən Ağcabədi rayonunda anadan olmuş, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 1991-ci il təvəllüdlü, Süleymanov İntiqam Səfər oğlunu saxlayaraq ərazi üzrə 19-cu polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.