MƏLUMAT

26.02.2018-ci il tarixdə saat 15:05 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən dəyəri 28 manat olan ərzaq məhsulları oğurlayıb qaçmaq istəyərkən, Sabunçu qəsəbəsində kirayəşin qalan Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.

Arxiv

27/

02/18