MƏLUMAT
16.03.2018-ci il tarixdə saat 17:30 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lök-batan qəsəbəsində yerləşən, qorunan ”Sədərək” ticarət mərkəzində, fiziki şəxslərə məxsus müxtəlif təyinatlı mağazalardan məişət əşyalarının oğurlanmasında şübhəli bilinən Ağstafa rayonunda anadan olmuş, paytaxtın Nərimanov rayonu ərazisində yaşayan 1949-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Əhmədov Məlikəhməd Məmməd oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.