MƏLUMAT

20.03.2018-ci il tarixdə gecənin ikinci yarısı saat 04:10 radələrində, paytaxt sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Xətai rayonu ərazisindən keçən Heydər Əliyev adina Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə xüsusi alətlə deşərkən, həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Xətai RPİ-nin 37-ci PB-də araşdırma aparılır.

Arxiv

21/

03/18