MƏLUMAT

22.03.2018-ci il tarixdə saat 21:15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 24 unvanın qarşısında park olunmuş vətəndaşa məxsus “Mersedes-Benz Vito” markalı avtomaşından dəyəri 400 manat olan 1 ədəd “Samsung” markalı mobil telefonu oğurlayıb qaçmaq istəyən Sabirabad şəhər sakini, əvvəllər AR CM-nin 234-cü maddəsi ilə məhkum olunmuş 1973-cü il təvəllüdlü Nuriyev Vüsal Aslan oğlunu həmin ərazidə xdmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

Arxiv

23/

03/18