MƏLUMAT

03.04.2018-ci il tarixdə saat 11:45 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, “Ayxan” marketin ön hissəsində quraşdırılmış “Kapital Bank” ASC-yə məxsus bankomatdan (ATM) pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçmağa cəhd göstərmiş şəxsi saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Bölmədə aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Cəlilabad rayonunda anadan olmuş, Sabunçu rayonu, Bakixanov qəsəbəsində qeydiyyatda olan, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş 1968-ci il təvəllüdlü Nuriyev Fətulla Yadulla oğlu olduğu məlum olmuşdur. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

04/

04/18