MƏLUMAT

04.04.2018-ci il tarixdə saat 02:10 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Bakıxanov qəsəbəsində yerləşən, fiziki şəxsə məxsus mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş siqaret satışı köşkündən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş həyəcan siqnalını yoxlayarkən, obyektdən oğurluğa cəhd göstərmiş şəxsi saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Bölmədə aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Sabunçu rayonu, Bakixanov qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Yolçuyev Nicat İntiqam oğlu olduğu məlum olmuşdur. Bölmədə baxış zamanı N.Yolçuyevin üzərindən kustar üsulla hazırlanmış 0,238 qr. narkotik vasıtə olan marixuana aşkar edilərək gptürülmüşdür. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.

Arxiv

05/

04/18