MƏLUMAT
06.04.2018-ci il tarixdə saat 03:15 radələrində Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 2-ci Alatava küçəsində yerləşən fiziki şəxsə məxsus, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Raul” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektə gələn elektik kabelinin kəsildiyini eləcədə giriş qapısına quraşdırılmış jaluzun qıfılını sındırmaqla müdaxilə olunduğunu aşkar etmişlər. Marketdən oğurluğa cəhd göstərən şəxs hadisə yerindən qaçmaq istəyərkən Polis əməkdaşları tərəfindən saxlanılaraq sonrakı araşdirmalar aparılmasi üçün ərazi üzrə 29-cu Polis Bölməsinə təhvil verilmişdir. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Zeynalov Sənan Eldar oğlu olduğu müəyyən edilmişdir. Faktla bağlı Yasamal RPİ-nin 29-cu PB-də araşdırma aparılır.