MƏLUMAT
09.04.2018-ci il tarixdə saat 20:08 radələrində Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Şərifzadə küçəsində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Araz” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketdən dəyəri 60 manat olan yeyinti məhsulunu oğurlamağa cəhd göstərmiş paytaxt sakini, əvvəllər AR CM-nin 120.1 və 180-ci maddələri ilə məhkum olunmuş 1972-ci il təvəllüdlü Əsgərov Elşad Adil oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Yasamal RPİ-nin 28-ci PB-də araşdırma aparılır.