MƏLUMAT
10.04.2018-ci il tarixdə saat 21:00 radələrində Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, Biləcəri qəsəbəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “ARMY” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketdən dəyəri 40 manat olan yeyinti məhsulunu oğurlumağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər AR CM-nin 94.1 və 145.2-ci maddələri ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Ələsgərov Elşad Adil oğlunu saxlayaraq ərazi üzrə 6-cı Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.