MƏLUMAT

12.04.2018-ci il tarixdə saat 12:15 radələrində Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları, Xətai rayonu, NZS qəsəbəsi, İ.Məmmədov küçəsində, qorunan neft kəmərlərinin yaxınlığındə yerləşən vətəndaşa məxsus iki mərtəbəli fərdi yaşayış evində yanğın hadisəsini aşkar edərək bu barədə dərhal FHN-nin YMX-yə məlumat vermişlər və yanğinin qarşısının alınması üçün müvafiq tədbirlər görmüşlər. Yanğın vaxtında söndürüldüyündən başqa obyektlərə keçməsinin qarşısı alınmış, neft kəmərlərinə və digər evlərə heç bir maddi ziyan dəyməmişdir.

Arxiv

13/

04/18