MƏLUMAT

20.04.2018-ci il tarixdə saat 19:30 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş həyəcan siqnalını yoxlayarkən, marketdən ümumi dəyəri 102 manat olan iki ədəd bir litrlik spirtli içki (Grey Gosse) oğurlayıb qaçmaq istəyərkən, əvvəllər məhkum olunmuş, Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Aslanov Anar Əmiraslan oğlunu maddi subutla birlikdə saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.

Arxiv

21/

04/18