MƏLUMAT

22.04.2018-ci il tarixdə saat 21:35 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Naxçıvanski küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, “Ay” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketdən dəyəri 180 manat olan yeyinti məhsulunu oğurlayıb qaçmaq istəyən şəxsi maddi subutla birlikdə saxlayaraq ərazi üzrə 24-cü Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində aparılan araşdırmalarla onun paytaxt sakini, əvvəllər AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə məhkum olunmuş, 1991-ci il təvəllüdlü Dadaşov Fərrux Mehralı oğlu olduğu müəyyən edilib. Faktla bağlı Nizami RPİ-nin 24-cü PB-də araşdırma aparılır.

Arxiv

23/

04/18