MƏLUMAT
25.04.2018-ci il tarixdə saat 02:00 radələrində Qazax rayonu, Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus, qorunmayan bankomata kustar üsulla müdaxilə etməklə yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurladığına eləcə də bankomatdan oğurluğa cəhd etdiyinə görə Qazax RPŞ-nin və Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilmişdir. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməmişdir. Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.