MƏLUMAT
06.05.2018-ci il tarixdə saat 05:55 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Çobanzadə küçəsində yerləşən, paytaxt sakini, N.Hüseynova məxsus “Səyyar” ət dükanından 300 manat dəyərində olan 30 kq. dana ətini oğurlamağa cəhd göstərən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş (AR CM 234.1, 180.2) 1986-cı il təvəllüdlü Mirzəyev Səbuhi Əlimcan oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nizami RPİ-nin 24-cü PB-də araşdırma aparılır.