MƏLUMAT

09.05.2018-ci il tarixdə saat 02:50 radələrində, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları, H.Z.Tağıyev qəsəbəsinin ərazisində, “Sumqayıt-Aşqarlar” zavodunun yaxınlığında uzunluğu 25 metr 4 ədəd 79 diametrlik nerjaveyka boru, çəkisi 300 kq olan 1 ədəd 500 diametrlik boru birləşdiricisi, 1 ədəd 250 və 1 ədəd 150 diametrlik dirsək boru birləşdiricisi ilə birgə 4 metr 80 millimetrlik üçkünc qara metalları oğurlayıb “Qaz-24” markalı avtomaşının üst hissəsinə yükləyənlər Sumqayıt şəhər sakinləri, 1994-cü il təvəllüdlü Səlimov Kamran Vidadi oğlu, 1995-ci il təvəllüdlü Nur Ruslan Akif oğlu, 1993-cü il təvəllüdlü Əzimzadə İlham İlyas oğlu və 1995-ci il təvəllüdlü Qorçuyev Coşqun Rafiq oğlunu maddi subutla birlikdə saxlayaraq ərazi üzrə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

11/

05/18