MƏLUMAT
30.11.2018-ci il tarixdə saat 12:03 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən ümumi dəyəri 24 manat olan yeyinti məhsulları (altı ədəd “Vestqold” kərə yağı bağlaması) oğurlamış Masallı rayon sakini, əvvəllər məhkum olunmuş (AR CM-nin 234.1, 177.2.1, 177.2.3 maddələri ilə), 1990-cı il təvəllüdlü Əhədov Mürüvvət Rafiq oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.