MƏLUMAT
30.11.2018-ci il tarixdə saat 05:45 radələrində, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları qorunan, rayonun B.Bağırova küçəsində yerləşən fiziki şəxsə məxsus, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Alyans” aptek məntəqəsinin giriş qaısının kilidini açmaqla oğurluğa cəhd göstərmiş, Yevlax rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Vüqar Firdovsi oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində V.Əliyevin üzərinə baxış keçirilərkən, 1 ədəd əl fanarı, 1 ədəd vintaçan, 2 ədəd şprist və narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.