MƏLUMAT
01.01.2019-cu il tarixdə saat 22:00 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 8-ci km., bazarında yerləşən, qorunan fiziki şəxsə məxsus 4№-li ticarət mərkəzindən hər birinin dəyəri 35 (otuz beş) manat, ümumi dəyəri 210 (iki yüz on) manat olan 6 (altı) ədəd qadın poltosunu oğurlayarkən paytaxt sakini, 1975-ci il təvəllüdlü Əliyev Nıcat Aydın oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.