MƏLUMAT
05.12.2018-ci il tarixdə saat 13:15 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, ”Sədərək” Ticarət Mərkəzində yerləşən, fiziki şəxsə məxsus mağazadan ümumi dəyəri 42 manat olan 12 ədəd “Simens” markalı elektrik avtomat açarını oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakini 1970-cı il təvəllüdlü Abdullayev İlqar Əli oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.