MƏLUMAT
06 dekabr 2018-ci il tarixdə gecənin ikinci yarısı saat 05:00 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları ərazidə xidmətdə olarkən, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində əllərində sellofan paket olan və polis naryadını görən kimi qaçıb gizlənməyə çalışan 3 şəxsdən biri olan Bakı şəhəri, Maştağa qəsəbə sakini 1997-ci il təvəllüdlü Heybətov Aslan Elşən oğlunu şübhəli şəxs qismində saxlayaraq sellofanda olan 3 ədəd “Playstation” oyun aparatı ilə birlikdə sonraki araşdırmaların aparılması üçün ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.