MƏLUMAT

15.01.2019-cu il tarixdə, səhərə yaxın saat 06:54 radələrində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə mühafizə olunan, “Best Telekom” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə obyektin giriş qapısının qıfılını sındıraraq içəri daxil olmuş Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Cəfərov Teymur Mübariz oğlunu hadisə yerindən qaçmağa cəhd göstərərkən yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

Arxiv

15/

01/19