MƏLUMAT
26.02.2019-cu il tarixdə saat 02:57-də Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Q.Qarayev prospektində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə mühafizə olunan “Əfəndi” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən obyektdən oğurluğa cəhd göstərmiş bir nəfəri hadisə yerindən qaçmaq istəyərkən yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Şöbədə aparılan araşdırmalarla saxlanılan şəxsin Astara rayonunda anadan olmuş, Nizami rayonu, Naxçıvanski küçəsi 79 ünvanda yaşayan 1968-ci il təvəllüdlü Həsənov Şəmsi Akif oğlu olduğu müəyyən edilmişdir. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır.