MƏLUMAT
03.03.2019-cu il tarixdə saat 19:10 radələrində Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, “Evrohome” tikinti bazarında yerləşən, fiziki şəxsə məxsus mağazadan ümumi dəyəri 85 manat olan 4 qutu “Siemens” markalı elektrik avtomat açarını oğurlamağa cəhd göstərmiş əvvəllər AR CM-nin 177.3.2 maddəsi ilə məhkum olunmuş paytaxt sakini 1985-ci il təvəllüdlü Kərimov Elşad Ziyadxan oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Binəqədi RPİ-nin 6-cı PŞ-də araşdırma aparılır.