MƏLUMAT

03.03.2019-cu il tarixdə saat 02:19-da Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları, Şəmkir şəhərində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə mühafizə olunan “Bazarstore” marketindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən marketin vitrin şüşəsini sındırıb içəridə oğurluq edən bir nəfəri hadisə yerində yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Polis Şöbəsinə təhvil vermişlər. Şöbədə aparılan araşdırmalarla saxlanılan şəxsin Şəmkir şəhər sakini 1990-cı il təvəllüdlü Abbasov Tural Nizami oğlu olduğu müəyyən edilmişdir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Arxiv

04/

03/19