MƏLUMAT

24.03.2019-cu il tarixdə saat 17:30 radələrində, Xətai rayonu, K.Kərimov küçəsi-7 ünvanın yaxınlığında, qorunan Neft kəmərlərinin ərazisində kəsilmiş vəziyyətdə olan ümumi uzunluğu 30 metr, diametri 1000 mm olan metal borunu “Qaz 24” markalı avtomobilə yükləyib oğurlamağa cəhd göstərmiş 3 (üç) nəfəri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları şübhəli şəxs qismində saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Bölmədə aparılan araşdırmalarla saxlanılan şəxslərin Xətai rayon sakinləri və hər üçü əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü İsmayılov Rəfail Hüseyn oğlu, 1975-ci il təvəllüdlü Eyvazov Sergey Misir oğlu və 1979-cu il təvəllüdlü Quliyev Rəşad Cümşüd oğlu olduqları müəyyən edilmişdir. Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

26/

03/19