MƏLUMAT

04.04.2019-cu il tarixdə saat 19:38-də Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, Xırdalan şəhərində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Fresco-6” super marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlayarkən, ümumi dəyəri 75 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlamış Paytaxt sakini, 1990-cı il təvəllüdlü Cavadov Ağamövsüm Sabir oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.

Arxiv

05/

04/19