MƏLUMAT

04.04.2019-cu il tarixdə saat 21:50-də Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Novxanı qəsəbəsində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan vətəndaşa məxsus fərdi yaşayış evindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlayarkən, evin pəncərəsindən oğurluq məqsədi ilə otaqlardan birinə daxil olmuş bir nəfəri yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər. Aparılmış araşdırma zamanı yaxalanan şəxsin Bərdə rayon sakini, Novxanı qəsəbəsində kirayədə yaşayan 1981-ci il təvəllüdlü Əhmədov Qulu Knyaz oğlu olduğu müəyyən edilmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Arxiv

05/

04/19