MƏLUMAT
07.04.2019-cu il tarixdə saat 05:50 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun N. Əliyev küçəsində yerləşən 13, 23, 26 və 38 saylı binaların həyətlərində park olunmuş sakinlərə məxsus altı ədəd “Mersedes” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə 1000 manat pul və müxtəlif bank kartlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, 1996-cı il təvəllüdlü Qasımzadə Nicat Sadiq oğlunu Xocali prospektində saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. N.Qasımzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini 2001-ıi il təvəllüdlü Ceyhun Səxavət oğlu Abbasovla birgə aprelin 7-nə keçən gecə N.Əliyev küçəsi, 28 saylı binanın qarşısinda vətəndaşlara məxsus 2 ədəd “Mersedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, habelə S.Vəzirov küçəsində yerləşən 14 və 22 saylı binaların qarşısında park olunmuş vətəndaşlara məxsus “Toyota” və “Mersedes” markali avtomobillərdən də eyni üsulla pul oğurlamaları müəyyən edilmişdir. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.