Mühafizə polisi haqqında

Baş Mühafizə İdarəsi müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir. 

Baş İdarənin strukturuna Təşkilati-inspektor idarəsi, Xidmət şöbəsi, Mühafizənin texniki vasitələri şöbəsi, Kadrlar şöbəsi, Maliyyə-plan şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Baş idarənin inzibati binasının mühafizəsi bölməsi, Növbətçi hissələri idarəetmə xidməti, Katiblik, Şəxsi heyətlə iş üzrə qrup, Kompüterləşmiş mərkəzi mühafizə məntəqəsi, İdman kompleksi daxildir.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil etmək;
  • mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsini, onların istismara qəbul olunmasını, təmirini və texniki xidmətini təmin etmək;
  • hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil etmək, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
>>>

Xəbərlər


29/

07/16

MƏLUMAT

28.07.2016-cı il tarixdə saat 0500 radələrində Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Həsənov Qüdrət Səbahəddin oğlu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, ev 2B ünvanında yerləşən “Roma” internet klub-çay evinə gələrək, orada kassir işləyən 1986-cı il təvəllüdlü Nəzərəliyev İlkin Elşən oğluna bıçaqla hədə-qorxu gəlib yumruqla sifət nahiyyəsinə vuraraq kassada olan 99 (doxsan doqquz) manat pulu zorla ələ keçirərək hadisə yerindən qaçmağa cəhd göstərmişdır. Bu zaman hadisə yerinin yaxınlığında həmin ərazidə xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Q.Həsənovu saxlamaq istəyərkən, o bıçaq ilə müqavimət göstərmiş, bu zaman polis serjantı Zərbiyev Hamlet Adil oğlu ona təhkim olunmuş xidməti tabel silahı ilə havaya xəbərdarlıq atəşi açmışdır. Q.Həsənov saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilmş, onun üzərindən 99 manat pul, 1 ədəd bıçaq və 1,517 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

28/

07/16

MƏLUMAT

24.07.2016-cı il tarixdə saat 02:05 radələrində Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları, rayonun Magistral küçəsində yerləşən “Accessbank” QSC-nin “Beyləqan” filialından Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektin pəncərə şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyərkən, Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşmış Nəbiyev Rəhim Yadigar oğlunu saxlayaraq Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil vermişlər. Həmin gecə saat 03-00 radələrində, Beyləqan şəhər sakini, fziki şəxs Fəxrəddin Qədirova məxsus qorunmayan “Brend” kişi geyimləri mağazasının giriş qapısını sindıraraq dəyəri 1470 (min dörd yüz yetmiş) manat olan müxtəlif növ kişi geyimlərini oğurlayıb qaçmaq istəyərkən Beyləqan şəhər sakini, 1988-ci il təvəllüdlü Paşayev Rövşən Mətləb oğlunuda ərazidə xidmətlərini davam etdirən Mühafizə Şöbəsinin əməkdaşları yaxalayaraq Rayon Polis Şöbəsinə təhvil vermişlər. Hər iki faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Arxiv