“Mpay” ödəmə aparatına müdaxilə

25.10.2023 16:00

04.08.2023-cü il tarixdə saat 04:06-da Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Sahil qəsəbəsində yerləşən “Araz” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalı yoxlanılarkən marketin giriş qapısının qıfılını sındıraraq “Mpay” ödəmə aparatına müdaxilə edən şəxs saxlanılaraq sonrakı araşdırılmaların aparılması üçün ərazi üzrə Polis Orqanına təhvil verilmişdir.

Digər Xəbərlər