Mühafizə polisi haqqında

Baş Mühafizə İdarəsi müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir. 

Baş İdarənin strukturuna Təşkilati-inspektor idarəsi, Xidmət şöbəsi, Mühafizənin texniki vasitələri şöbəsi, Kadrlar şöbəsi, Maliyyə-plan şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Baş idarənin inzibati binasının mühafizəsi bölməsi, Növbətçi hissələri idarəetmə xidməti, Katiblik, Şəxsi heyətlə iş üzrə qrup, Kompüterləşmiş mərkəzi mühafizə məntəqəsi, İdman kompleksi daxildir.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil etmək;
  • mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsini, onların istismara qəbul olunmasını, təmirini və texniki xidmətini təmin etmək;
  • hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil etmək, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
>>>

Xəbərlər


26/

03/17

MƏLUMAT

24.03.2017-ci il tarixdə saat 02:20 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsində yerləşən, “SOCAR” şirkətinə məxsus yeni inşa edilən yaşayış binasının ambarından uzunluğu 2m, 50 sm olan altı ədəd armaturu oğurlayıb hadisə yerindən qaçarkən, həmin tikintidə gözətçi işləyən, Lökbatan qəsəbəsi, T.Orucov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Hüseynov Səyyad Nadir oğlunu maddi subutla birlikdə yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.

17/

03/17

MƏLUMAT

16.03.2017-ci il tarixdə gecənin ikinci yarısı saat 04:44 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Vita Aptekləri” MMC-yə məxsus aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Obyektin daxilində kassadan olan pulları (77 manat) oğurlayıb qaçmaq istəyərkən (sonradan şəxsiyyətləri müəyyən edilmiş) Zaqatala rayonunda anadan olmuş, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlu və Ukrayna Respublikasında anadan olmuş, 2002-ci il təvəllüdlü Mirasnoçenko Andrey Pavlikoviç saxlanılaraq ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilmişlər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.
Arxiv