MƏLUMAT

26.12.2016-cı il tarixdə saat 18:30 radələrində, Nəsimi rayonu, S.Vurğun küçəsi, 30 ünvanda yerləşən “Ağır Cinayətlər Məhkəməsi”nin qarşısında Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Günel Rəcəbovaya məxsus əl çantasını (içərisində 1 ədəd “İPHONE 6S+” markalı mobil telefon, 130 (yüz otuz) ABŞ dolları, 50 (əlli) Evro və 270 (iki yüz yetmiş) manat məbləğində olan pul kisəsi) oğurlayıb qaçmaq istəyərkən Nəsimi rayonu ərazisində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Məmmədov Bəhruz Abdulhuseyn oğlu Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə 22-ci Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılır.

Arxiv

26/

12/16