MƏLUMAT

18.05.2017-ci il tarixdə saat 01:30 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, vətəndaşa məxsus, “Qazel” markalı avtomaşının akkumulyatorunu oğurlamağa cəhd göstərmiş, Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Pərviz Seyfəli oğlunu ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları saxlayaraq Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Arxiv

19/

05/17