• Əsas səhifə
  • Xidmətlər
Digər xidmətlər

Xidmətin bu növündən inzibati binaların və ofislərin, zavodların, iri ticarət mərkəzlərinin, sexlərin, yanacaq doldurma məntəqələrinin, anbarların və sair bu tipli obyektlərin mühafizəsində istifadə olunur. Obyektlərin yerləşdiyi ərazinin sahəsindən və görünmə məsafəsindən asılı olaraq bir və ya bir neçə post təşkil edilir. Mülkiyyətçinin istəyinə əsasən adamların və nəqliyyat vasitələrinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yerlərdə nəzarət-buraxılış məntəqələri yaradıla bilər. Obyektin qapı və pəncərələri, ərazisini əhatə edən hasar, işıqlandırma sistemləri  texniki standartlara cavab verməli, yanğın təhlükəsizliyi vasitələri ilə təmin olunmalıdır.

Digər xidmətlər

Xidmətin bu növü sektor və kvadratlar üzrə yerləşən onlarla obyektin dövr edən polis və ya mühafizəçi naryadı tərəfindən mühafizəsinin həyata keçirilməsindən ibarətdir. Bir qayda olaraq avto-moto marşrutda xidmət aparan naryad üçün marşrutun uzunluğu 6-10 km, obyektlərin sayı 50-60, piyada naryad üçün isə marşrutun uzunluğu 2 km-dək, obyektlərin sayı 25-30 vahid olur. 

Digər xidmətlər

Xidmətin bu növü yüklərin, pulların, qiymətli kağız və metalların polis və ya mühafizəçinin müşayiəti altında respublika daxilində bir məntəqədən digərinə çatdırılmasından ibarətdir. Xüsusi zirehli avtonəqliyyat vasitəsi ilə daşınan əmlakın mühafizəsinə cəlb edilən mühafizə xidməti əməkdaşı tabel və ya avtomat silahla, zirehli gödəkçə, qandal və sair zəruri ləvazimatlarla təchiz olunur. Respublikanın istənilən inzibati rayonunun ərazisində daşınan əmlaka cinayətkar qəsd olduqda mühafizə xidməti əməkdaşı qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirmək və ərazi üzrə hüquq-mühafizə orqanlarını köməyə çağırmaq hüququna malikdir.

Digər xidmətlər

Xidmətin bu növü obyekt və mənzillərin siqnalizasiya sistemlərinin köməyi ilə Mərkəzi Mühafizə Məntəqsinə qoşulması və onların xüsusi monitorlarda fasiləsiz müşayəti ilə həyata keçirilir. Müasir texnikanın tətbiqi ilə yerinə yetirilən bu xidmət zamanı minlərələ obyekt eyni anda operatorlar tərəfindən müşahidə edilir və «həyəcan» siqnalı daxi olduqda məlumat radiostansiya vasitəsilə dərhal həmin obyektə ən yaxın məsafədə xidmət aparan polis naryadına  ötürülür. Avtomaşın, odlu silah, zirehli gödəkçə və digər zəruri ləvazimatlarla təchiz olunmuş naryad 5 dəqiqə müddətinə obyektə çatır və cinayətkar müdaxilənin qarşısını almaq məqsədilə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirir, həmçinin zərurət yarandıqda yaxınlıqda xidmət aparan post-patrul, yol-patrul və digər polis naryadlarını köməyə çağırır, hadisə barədə ərazi polis orqanına məlumat verir.

Digər xidmətlər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mühafizə xidmətinin əsas sahələrindən biri sayılan və mülkiyyətçilərin əmlakın qorunmasında fiziki mühafizədən daha ucuz başa gələn texniki sahənin müasir tələblərə uyğun olaraq inkişaf etdirilməsi məqsədilə 1996-cı ildə Baş Mühafizə İdarəsində Konsepsiya qəbul edilmişdir. Konsepsiyanın tələblərinə uyğun olaraq ölkəmizdə Beynəlxalq standartlara cavab verən kompüterləşdərilmiş mühafizə qurğularının tətbiqi planlaşdırılmış və həyata keçirilmiş tədbirlər nəticəsində əsasən qərb modeli üzrə istifadə olunan radio və müasir telefon kanalı ilə işləyə bilən mərkəzi mühafizə stansiyasının Bakı şəhərində tətbiqinə başlanılmışdır. 

Daxili İşlər Nazirliyinin 01 dekabr 2006-cı il tarixli 544 nömrəli əmri ilə elən edilmiş «Mühafizə xidmətinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi və qarşıda duran vəzifələr haqqında» DİN-in Kollegiyasının 28.11.2006-cı il tarixli KQ-6/1 nömrəli Qərarının icrası ilə bağlı Sumqayıt şəhərində, həmçinin Abşeron rayonunda informasiya texnologiyaların son naliyyətlərindən sayılan radiokanal mühafizə sisteminin ötürücü retranslyatorları quraşdırılmış və Bakı şəhərində fəaliyyət göstərən MMM-lə əlaqələndirilmişdir.

Baş Mühafizə İdarəsinin texniki xidmət sahəsinin, o cümlədən mərkəzi mühafizənin daha da inkişaf etdirilməsi, obyekt və mənzillərin siqnalizasiya sistemlərinin köməyi ilə etibarlı mühafizəsinin təşkil olunması məqsədilə 2013-cü ildə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Respublika üzrə Mərkəzi Mühafizə Məntəqələrinin perspektiv inkişaf Planı» hazırlanaraq təsdiq edilmişdir. Plan əsasında monitorinqlər aparmaqla radokanal mühafizə sisteminin tətbiqi ilə Respublikaının Cəlilabad, Gəncə, Göyçay, İmişli, Quba, Lənkəran, Mingəçevir, Salyan, Tovuz, Zaqatala şəhər və rayonlarında regional, Qəbələ, Şamaxı, Şəki və Şirvan şəhər və rayonlarında isə müstəqil Mərkəzi Mühafizə Məntəqələrinin yaradılması işi başa çatdırılmışdır. Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Göygöl, Goranboy, Xaçmaz, Xudat, Qazax, Qusar, Qovlar, Masallı, Naftalan, Neftçala, Saatlı, Sabirabad, Samux, Şəmkir, Tərtər, Yevlax şəhər və rayonlarda radiokanal mühafizə sisteminin ötürücü retranslyatorlarının quraşdırılması ilə inzibati ərazi bölgüsü üzrə yaxın şəhər və rayonlarda fəaliyyət göstərən regional məntəqələrlə əlaqələndirilməsi təmin edilmişdir. Beləliklə, Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edən məntəqə də daxil olmaqla ümumilkdə 15 Mərkəzi Mühafizə Məntəqələri vasitəsi ilə paytaxtla birlikdə Respublikanın 41 şəhər və rayonunda obyekt və mənzillərə texniki vasitələrin koməyi ilə mühafizə xidmətilərinin göstərilməsinə şərait yaradılmışdır.    

Obyekt və mənzillərdən oğurluğunun qarşısının alınması və cinayətkarlığın profilaktikasında Mərkəzi Mühafizə Məntəqələri ilə polis naryadlarının qarşılıqlı fəaliyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28.08.2007-ci il tarixli 467 nömrəli əmri ilə təsdiq edilmiş «Mərkəzi Mühafizə Məntəqəsindən daxil olan «həyəcan» siqnalı zamanı polis naryadının xüsusi vəzifələri üzrə Təlimat»la tənzimlənir. 

Bu Təlimat Mərkəzi Mühafizə Məntəqəsindən daxil olmuş «həyəcan» siqnalı zamanı polis naryadının (bundan sonra "tutucu qrup") vəzifələrini müəyyənləşdirir. Mərkəzi Mühafizə Məntəqəsinə qoşulmuş obyektlərin sayından, dislokasiyasından və yerləşdiyi ərazinin kriminogen durumundan asılı olaraq yaradılan "tutucu qrup" yüksək peşə hazırlığına malik olan, ərazini mükəmməl bilən, daxili işlər orqanlarında ən azı 2 il xidmət etmiş nümunəvi polis əməkdaşları ilə komplektləşdirilir. 

Obyektin cinayətkar hücumlardan və sanksiyasız müdaxilədən etibarlı müdafiəsini təmin edən amillər əsasən binaların daxili hüdudlarını və açıq çevrəni qoruyan mühafizə siqnalizasiyası vasitələrindən, texniki mühafizə avadanlıqlarından, mühəndis-texniki istehkamlardan, manieələr və digər möhkəmlətmə qurğularından, həmçinin canlı mühafizə qüvvələrindən ibarətdir.
Mühəndis-texniki möhkəmlətmə binaların, qorunan obyektlərin konstruktiv elementlərinin gücləndirilməsi, qorunan zonaya qeyri-qanuni müdaxilənin, sındırılma və digər cinayətkar hücumların qarşını almağa yönələn, xüsusilə də birinci 5 dəqiqə ərzində vacib əks əməliyyatları təmin edən tədbirlər toplusudur.

Texniki mühafizə dedikdə, bir qayda olaraq obyektlərin daxili hüdudlarının və açıq yerlərdə çevrə mühafizəsini təmin edən mühafizə siqnalizasiyası avadanlıqları, obyektdən gələn həyəcan siqnalını qəbul və emal edən, həmçinin onun vəziyyətini monitorinq aparan mərkəzləşdirilmiş mühafizə pultunu, mühafizə olunan obyektlə pult arasında informasiya mübadiləsini təmin edən 1 və ya 2 kanallı rabitə əlaqəsi və həyəcan siqnalına operativ reaksiya verən xüsusi vasitələrlə təmin olunmuş polis naryadı sistemlər toplusu nəzərdə tutulur. Nəzərə alsaq ki, müvafiq təlimatlara uyğun olaraq polis naryadının obyektdən daxil olmuş «həyəcan» siqnalına reaksiyası 3-5 dəqiqə ərzindədir, o zaman mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş və mərkəzləşdirilmiş qaydada mühafizə olunan obyektlərə qanunsuz müdaxilə hallarının ehtimalı demək olar ki sıfıra bərabərdir.

Obyektlərdə tətbiq olunma təyinatına və işləmə müddətinə görə siqnalizasiya sistemləri aşağıdakı növlərə differensasiya oluna bilər:
— mühafizə (adətən qeyri-iş vaxtı, obyektdə adam olmadıqda  istifadə olunur);
— həyəcan (iş vaxtı, obyektdə adam olduqda, həyəcan situasiyasını vermək üçün istifadə olunur);
— yanğın (24 saat ərzində, yanğın situasiyasını nəzarətdə saxlamaq üçün istifadə olunur).
Qarışıq (kombinə edilmiş) mühafizə yəni iş vaxtı obyektin «həyəcan» siqnalizasiyası sistemlərinin köməyi ilə müşahidə olunması, qeyri-iş vaxtı isə obyektiin mərkəzi mühafizə  pultuna təhvil verməklə mühafizəsinin təmin olunması.

Mühafizədə rabitə kanallarının növləri
Rabitə kanalları mühafizə olunan obyektlə mərkəzi mühafizə pultu arasında informasiyanın ötürülməsini və ya mübadilə ediməsini təmin edən əlaqə formasıdır. Rabitə kanalları əlaqənin təmin olunma üsuluna görə aşağıdakı növlərə bölünürlər:
1.    naqilli telefon kanalı (fiziki stasionar rabitə xətti);
2.    ayrılmış telefon kanalı (fiziki birbaşa rabitə xətti);
3.    radiotezlik kanalı ilə
-  ayrılmış ultraqısa dalğa-tezlik (UQD), adətən polis tərəfindən istifadə edilir,
- UQD-diapazonları, obyektlərin mühafizəsi üçün tətbiq edilməyə icazə verilir (əhatə dairəsi 5 km-dək).
İnformasiyanın ötürülməsi 3 recimdə mümkündür: Səsli, SMS verilməsi də daxil olmaqda (SMS yalnız müştərinin mobil telefonuna obyektin mühafizəyə qəbul edilməsi və ya mühafizədən çıxarılması haqqında əlavə məlumatı vermək üçün lazımdır) rəqəmli – informasiyanın ötürməsinin ən etibarlı növüdür.
Mühafizə olunan obyekt – mühafizə siqnalizasiyası sistemləri ilə təchiz edilmiş müəssisə, təşkilat, mənzil, qaraj, bağ evi, ofis, bank, mağaza və s. ola bilər.
Mühafizə olunan obyektlərin növləri:

Stasionar – 1. binalar və onların bir hissəsi; 
2. perimetr (hasarla əhatə olunmuş və girişi yalnız həyət qapısından, şlaqbaumdan olan ərazi).
Hərəkətli – nəqliyyat, GSM-qəbuledici, həyəcan radiodüymələrini özü ilə gəzdirən  insanlar 
Detektor (avtomatik xəbər verici) – fiziki parametrləri (temperatur, akustik siqnalları, optik göstəriciləri, ionizasiyanı, seysmik dalğaları və s.) elektrik siqnalına çevirən və obyektin vəziyyətini nəzarətə alan qurğudur. 
1. Mühafizə detktoru – qorunan obyektə müdaxilə vaxtı və ya müdaxiləyə cəhdetmə vaxtı həyəcan haqqında xəbərverməni formalaşdıran qurğu.
1.1.Mühafizə detektorlarının növü (funksional təyinatına görə, yəni aşkar edilən   hadisə)
– mühafizə olunan «Obyekt»lərin vəziyyətinə nəzarət (qapının, pəncərənin açılması və sındırılması, əşyaların yerdəyişməsi)
– dağıtma və ya bütövlüyün pozulmasına nəzarət (şüşənin, divarın, döşəmənin və s. konstruksiyaların dağıdılması.)
– hərəkətə nəzarət (nəzarət edilən obyektdə hərəkətin olması)
– fiziki mühitin parametrlərinin dəyişməsi (qaz, tüstü, mayenin olması)

Mühafizə detektorlarının növləri (fiziki işləmə prinsipinə görə)
Maqnit kantaktlı detktorlar – kontaktlı, eləcə də maqnit kontaktlı, 2 elementdən ibarətdir.
Quraşdırma üsulları – elementin xaricində (üstdən) və ya daxilində quraşdırılır, bu zaman kontaktları olan element konstruksiyanın hərəkətsiz hissəsində yerləşdirilir, maqnit isə konstruksiyanın və ya qorunan əşyanın hərəkətli hissəsinə qoyulur.
Təyinatı – qapıların, pəncərələrin və s. açılmasına nəzarət. 
Vibrasiya edən (zərbə – kontaktlı) detektorlar - qorunan obyektlərdə şüşə səth üzərində quraşdırılır.

Seysmik detektorlar – obyektdən xaricdə torpağa basdırılır (adətən 5 sm-dən 60-sm-dək dərinliyə və bir qayda olaraq, perimetrin müdafiəsi üçün vibrasiyalara reaksiya verərək yer səthinin müəyyən radiusuna nəzarət edir.
Akustik detektorlar. (10 Hs-lə 900 Hs arasındakı tezliklə)
Birinci  aşağıtezlikli dalğa şüşəyə zərbə dəyərkən və 3-20 kHs tezlikli dalğa zərbədən sonra yaranır.
Akustik detektorlar – şüşələrin vəziyyətinə nəzarət üçün istifadə olunur (pəncərələr, şüşə bloklar, şüşə qapılar, vitrinlər, lyuklar, damlar), adətən birinci (xarici) sərhəd şleyfində tətbiq olunurlar. Zərbə nəticəsində şüşənin deformasiya əmsalı müəyyən həddi aşdıqda (bu, şüşənin parametrlərindən və onun çərçivəyə bərkidilmə üsulundan, dağıdıcı əşyanın növündən, zərbənin gücündən asılıdır), şüşənin mexaniki dağılması baş verir.

Kontaktsız akustik detektorlar pəncərələrə qarşı tərəfdə (divarın yuxarısında və ya tavanda) 3,6 və hətta 9 m-dək məsafədə quraşdırılır, bu zaman bir detektora bir şüşə növü məsləhət görülür, detektorların çoxu isə onlarla şüşələr arasında jalyüz və yüngül pərdələr olduqda belə işləyirlər.
Obyektdəki şüşələrin növlərini mühəndis-texniki möhkəmləndirmə aktında göstərmək vacibdir.
– vərəq formasında (adi şüşə), çoxlu kiçik qırıntılara asanlıqla parçalanır
– möhkəmləndirilmiş – vərəq tipli şüşənin əlavə emal edilməsi nəticəsində alınır və ondan 5 dəfə möhkəm olur 9 kiçik sahəsi olan şüşələr, yəni 1 m qədər olan şüşələrin 1-ciyə yaxın  müdafiə sinfi olur və çoxlu miqdarda kiçik hissəciklərə parçalanırlar)
– çoxqatlı (laminasiya edilmiş)- daxildən optik şəffaf plastik ilə birləşdirilmiş bir neçə şüşə qatından (3-dən ibarət tripleks) ibarətdir. Belə şüşə sınarkən plastik qatı zərbə enerjisini udaraq şüşə qırıntılarını bir yerdə saxlayır.
– müdafiə pərdəsi olan şüşə – bir tərəfdən belə pərdə ilə qorunan şüşənin zərbəyə davamlılığı yüksəkdir və sınarkən qırıntıları ətrafa yayılmaqdan saxlayır
– armirə edilmiş şüşə – sınarkən qırıntıları saxlayan metal tozu vardır (amma şüşədən görünmür – vitrin və əsas şüşələr üçün yararsızdır)
– hermetizə edilmiş şüşə (şüşə paket) – bir-birindən ayrılmış və perimetr üzrə hermetizə edilmiş 2 şüşə layından (vərəq tipli, möhkəmləndirilmiş və laminasiya edilmiş) ibarətdir. Laylar arasındakı boşluq rütubəti udan və onu kondensasiya edən xüsusi hissəcikdən ibarətdir.
– ultrasəsli detktor (US) (16-25 kHS-li)
– radiodalğalı detktor (RD) – Dopler effekti əsasında işləyir: detektor nəzarət edilən zonaya müəyyən tezlikli, məsələn, 2,4 HHs – S diapazon; 5,4 HHs – C diapazon; 10 HHs – X diapazon; 24 HHs – K diapazon) siqnal buraxır və obyektdəki müxtəlif əşyalardan, eləcə də müdaxiləçidən əks olan siqnalı qəbul edərək analiz edir. Hərəkətsiz əşyalardan əks olunan siqnal dəyişməz qalarkən hərəkət edən əşyadan əks olunan siqnalın tezliyi başqa olur. Bu da nəzarət edilən zonada hərəkət olduğunu göstərir. Lakin bele detektorlar düzgün quraşdırılmadıqda və sazlanmadıqda yalançı həyəcan siqnalı verirlər. Çunki radiodalğalar pəncərə, qapı, arakəsmədən keçirlər və nəzarət edilən zonadan kənardakı hərəkətləri də tuturlar, eləcə də hərəkət edən mexanizmlər (ventilyatorlar), lyüminessent lampaları, suyun splastik borularda axması da öz təsirini göstərir. Məsələn, X və K diapazonlu radiodalğalar şüşə tərəfindən 20 və 60%, arakəsmələr (divarlar) tərəfindən isə 85 və 96% udulur. Tezlikdən radiodalğalı detektorların həm də həssaslığı asılıdır. Hərəkət sürəti eyni olduğu təqdirdə Dopler sürüşməsi daha yüksək iş tezliyində yüksək olur. Radiodalğalı detektorlarda 3 növ antennadan istifadə olunur. Elektrik, çərçivəli (maqnit), ruporlu (ən dəqiq istiqamət diaqrammasına malik olurlar). Metal əşyalar radiodalğalı detektorlarda istifadə olunan yüksək tezlikli radiodalğaları güclü surətdə zəiflədir.

Passiv infraqırmızı detektorlar
Passiv infraqırmızı detektorlar (PİD) və ya bəzi ədəbiyyatda optik-elektron detektorlar kimi tanınan qurğular, nəzarət edilən zonada hərəkəti aşkar edən ən populyar mühafizə-siqnalizasiya qurğuları sinfindəndir. Bu, bir tərəfdən, hərəkəti aşkaretmənin kifayət qədər yüksək effektivliyi ilə, digər tərəfdən isə bu qurğuların ucuz qiyməti ilə izah edilir. Qorunan zonaya müdaxiləni aşkaretmənin effektivliyi hər şeydən əvvəl onunla müəyyən edilir ki, PİD bütün sahəni nəzarət etməyə imkan verir. Bununla da nəinki zəif qorunan yerlərə, eləcə də praktiki olaraq, pəncərə, qapılar, döşəmənin, tavanın və divarların sökülməsi kimi istənilən müdaxilə üsullarının qeyd edilməsi məsələsi həll olunur. Bu cür mühafizə üsulu, yəni obyektin bütün həcmini nəzarətdə saxlama imkanı onun pəncərələr, qapılar və bu kimi konstruktiv elementlərini yalnız daxili perimetrini  qapamaqla mühafizə edilməsindən daha effektlidir. Hərçənd ki, bəzi hallarda həyəcan siqnalını tez almağa və demək ki, ona ani reaksiya verməyə imkan verən mühafizənin birinci sərhədini blokirə etməyi də istisna etmir. Bütün sahəni nəzarətetmə əhatəsi PİD tərəfindən həll edilən yeganə məsələ deyil. Detektorun optik sisteminə daxil olan müxtəlif cür linzalardan istifadə etməklə ensiz zolağa (məsələn, dəhlizə) effektiv nəzarət etmək olar və ya üfqi pərdəni yaratmaq olar (məsələn, mühafizə olunan vaxtda kiçik uşaq və ya it, pişik və digər heyvanlar  olan otaqların nəzarəti üçün), ya da pəncərələri və qapıları olan divarlar boyunca şaquli zonanı (pərdə tipli) formalaşdırmaq olar.

Müasir PİD siqnalların rəqəmli emalından istifadə edir, sabit özünənəzarəti həyata keçirir, siqnalları ev heyvanlarından və real müdaxiləçilərdən fərqləndirir, stabilliyi pozan müxtəlif faktorların təsirinə qarşı yüksək davamlılığa malikdir (temperatur dəyişkənliyi, radiomaneələrin təsiri, ağ işıq və s.). Nəzərə alsaq ki, bele texniki imkanlara malik olan bu qurğuların çox münasib qiymətləri var, onlar mühafizə taktikasına və təhlükəsizliyin tələb olunan səviyyəsinə görə ən müxtəlif obyektlərin mühafizəsində tətbiq oluna bilərlər.

Passiv infraqırmızı detektorlara olan əsas tələbləri Dövlət standartı müəyyən edir. Buna uyğun olaraq, passiv optik-elektron detektor - aşkaretmə zonasında insanın hərəkəti nəticəsində infraqırmızı şüalanmanın səviyyəsinin dəyişməsinə reaksiya verən mühafizə detektorudur.  

İş prinsipi
PİD üçün aşkar edən istənilən digər qurğulardə olduğu kimi, obyektdə müdaxiləçinin hərəkəti haqqında qərar qəbul etməyə imkan verən hansısa bir əlamət (obyektin hər hansı bir fiziki xarakteristikasının və ya parametrlərinin dəyişməsi) vacibdir. Bu halda belə əlamət nəzarət edilən zonadan gələn infraqırmızı (istilik) şüalanmanın dəyişməsi əlamətidir.

Məlumdur ki, 00C-dən yüksək temperaturu olan bütün cisimlər infraqırmızı (İQ) şüalanma mənbəyidirlər. Bu, bütün canlılara, o cümlədən insanlara da aiddir. Danılmazdır ki, infraqırmızı şüalanmanın intensivliyi çox faktorlardan, məsələn, ətraf mühitdən, insanın geyim növündən asılıdır. Bununla belə, dəyişən temperaturlu infraqırmızı şüalanma mənbəyi olmayan obyektə insan girərsə, nəzarət edilən zonadan gələn İQ-şüalanmanın ümumi seli dəyişəcəkdir. Fərqli obyektdə fonun temperaturu ilə insan bədəninin temperaturu tamamilə üst-üstə düşən çox nadir, praktiki olaraq qeyri-real hal ola bilər. Hərəkətin aşkar edilməsi nöqteyi-nəzərindən bu, ən pis vəziyyətdir. Amma nəzərə alsaq ki, insan bədəninin müxtəlif hissələrinin 25-360C-yə yaxın temperaturu var, fon və bədən temperaturları praktiki olaraq tamamilə üst-üstə düşməyəcəklər.

Beləliklə, PİD obyektə müdaxiləçi girərkən infraqırmızı şüalanmanın dəyişməsini qeyd etməlidir. Eyni zamanda bu detektor sutka (temperaturun dəyişmə sürəti təxminən 10C/dəq) ərzində fon temperaturunun dəyişməsi və ya hava seli yaradan qızdırıcı cihazların yandırıb-söndürülməsi nəticəsində infraqırmızı şüalanmanın dəyişməsinə reaksiya verməməlidir, yəni xətalara dayanıqlı olmalıdır.

İnfraqırmızı şüalanmanın dəyişməsini qeyd etmək üçün PİD-un tərkibinə aşağıdakı əsas elementlər daxildir:
I - infraqırmızı şüalanmanı elektrik siqnalına çevirən həssas element – piroelementdir;
II - obyektin müəyyən hissəsindən gələn infraqırmızı şüalanmanı piroelementdə fokuslaşdıran optik sistem;
III - həssas elementdən gələn siqnalı emal edən elektrik sxemi;
IV - siqnalizasiya şleyfinə detektorun qoşulmasıını təmin edən icraçı element.
Piroelement nəzarət edilən zonadan gələn infraqırmızı şüalanmanın emaletmə sxemi üçün lazım olan elektrik siqnalına keçməsini həyata keçirir. Nəzarət edilən zonanın konfiqurasiyası detektorun istiqamətləndirilməsinin müəyyən diaqrammasını yaradan optik sistem ilə təyin edilir və beləliklə, detektorun aşkaredilmə zonasını formalaşdırır.

Emaletmə sxemi piroelementin çıxış siqnalının analizinin və obyektdə hərəkətin olub-olmaması haqqında qərar qəbul edilməsinin müəyyən alqoritmini həyatə keçirir. Hərəkət haqqında, yəni obyektə müdaxilə haqqında qərar qəbul edilərsə, icraçı element aktivləşir. İcraçı element isə rele və siqnalizasiya şleyfinə qoşulmuş kontaktlardan ibarətdir.