MƏLUMAT

26.04.2018-ci il tarixdə saat 15:29 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun İ.İsmayılov küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ucuzluq Univermağı” №1 mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş həyəcan siqnalını yoxlayarkən, obyektdən qadın geyimləri oğurlamağa cəhd göstərmiş 1991-ci il təvəllüdlü Həsənova Əsmər Fərhad qızını saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 35-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.

Arxiv

27/

04/18