MƏLUMAT

02.05.2018-ci il tarixdə saat 02:50 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində xidməti vəzifələrini yerinə yetirərkən Sakit Qocayev küçəsində bir nəfərin qaçdığinı görüb şübhəli şəxs qismində saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Bölmədə aparılan araşdırmalarla saxlanılan şəxsin paytaxt sakini, 1987-ci il təvəllüdlü Şirəliyev Tərlan Afət oğlu olduğu məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, T.Şirəliyev Mühafizə Polisi tərəfindən saxlanmamışdan bir neçə dəqiqə əvvəl, paytaxt sakin 1981-ci il təvəllüdlü Vəliyev Natiq Namiq oğlunun taksi kimi idarə etdiyi “Kia-Rio” markalı şəxsi avtomaşınında sərnişin qismində olarkən ona qarşı soyğunçuluq etmiş, dəyəri 300 manat olan “Samsung-Duos” markalı mobil telefonu alaraq hadisə yerindən qaçmağa cəhd göstərirmiş. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

Arxiv

02/

05/18