Stasionar polis və ya mülki mühafizə postlarından istifadə etməklə mühafizə
Mühafizə xidmətlərinin bu növündən nəzarət-buraxılış məntəqələrində və yaxud da ticarət obyektlərində, parkinqlərdə, YDS-da (yanacaq doldurma stansiyalarında), sexlərdə və s. bu kimi yerlərdə istifadə olunur. Bu zaman mühafizə xəttinin ümumi uzunluğu bir qayda olaraq 150 metrdən çox olmur.
Stasionar mühafizə postu təşkil edilməsi planlaşdırılan obyekt müəyyən təhlükəsizlik tələblərinə müvafiq olmalıdır. Məsələn, mühafizə olunmalı ərazilər üçün bu – icazəsiz daxilolmanın qarşısını almağa hesablanmış hansısa çəpərin və ya hasarın mütləq qaydada mövculuğudur. Eyni zamanda, bu obyektdə su ilə dolu çəlləklərin, içərisində qum olan yeşiklərin, odsöndürənlərin də olması zəruri şərtlərdən sayılır. Mühafizə olunmalı ərazidə yerləşən otaqlarda etibarlı qapıların, pəncərələrdə isə qəfəslərin (variantlardan biri kimi zərbəyədavamlı şüşələrin) olması da vacibdir. Sənədlərin və maddi dəyərlərin saxlanması üçün isə seyflərdən istifadə etmək lazımdır.
Stasionar mühafizə postu xüsusi texniki buraxılış vasitələri ilə də təchiz edilə bilərlər. Belə texniki vasitələrə avtomatik şlaqbaumlar, darvazaların və qapıların avtomatik açılması sistemləri və s. daxildir. Bir qayda olaraq belə ərazilərdə həm də videomüşahidə sistemi də quraşdırılır.
Əgər hər hansı bir obyektin mühafizəsində nəzərdə tutulmuşdursa, onda stasionar postda növbətçilik həyata keçirən əməkdaşların üzərinə nəzarət-buraxılış sisteminin tətbiq edilməsi vəzifəsi də qoyulur. Bu – obyektdə oğurluq və ya əmlakın xarab edilməsi hallarının qarşısının alınması, obyektə silahlı hücum, buradakı daxili rejimə və əmək nizam-intizamına riayət edilməsinə nəzarətin zəruri olduğu hallarda həyata keçirilir.