Mühafizə polisi haqqında

Baş Mühafizə İdarəsi müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir. 

Baş İdarənin strukturuna Təşkilati-inspektor idarəsi, Xidmət şöbəsi, Mühafizənin texniki vasitələri şöbəsi, Kadrlar şöbəsi, Maliyyə-plan şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Baş idarənin inzibati binasının mühafizəsi bölməsi, Növbətçi hissələri idarəetmə xidməti, Katiblik, Şəxsi heyətlə iş üzrə qrup, Kompüterləşmiş mərkəzi mühafizə məntəqəsi, İdman kompleksi daxildir.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil etmək;
  • mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsini, onların istismara qəbul olunmasını, təmirini və texniki xidmətini təmin etmək;
  • hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil etmək, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
>>>

Xəbərlər


21/

09/19

BŞBPİ: İndiyədək mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib

"Talama cinayətlərinə qarşı önləyici tədbirlərin alınmasında polis nə cavabdehlik daşıyırsa, vətəndaş da bir o qədər əmlakına qarşı münasibətdə diqqətli və həssas olmalıdır". Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, əmlak oğurluqları ilə bağlı aparılan təhlil və araşdırmalar göstərir ki, ən etibarlı mühafizə polisinin təşkil etdiyi elektromaqnit dalğaları ilə tənzimlənən sistemdir: "Bu sistemin imkanlarından yararlanmaq üçün paytaxtın hər bir rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin müvafiq idarə və şöbələri fəaliyyət göstərir ki, hər bir əmlak sahibi sistemin imkanlarından yararlana bilər. O ki qaldı, “bu xidmətin imkanlarından yararlanan vətəndaşların məmnuniyyət səviyyəsi ilə” bağlı sualınıza cavab olaraq bildirim ki, “YARASA-INFORMER” məlumat-texniki xidməti sutkanın 24 saatı boyunca mərkəzləşmiş qayda da o qədər təkmil təşkil olunub ki, indiyə qədər mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib. Mühafizə olunan ünvanlara sahibinin iradəsindən kənar müdaxilə edən, yaxud daxil olmağa cəhd edənlər saxlanılıblar. Mühafizə olunan ünvana qurulan sistemin imkanları o qədər geniş və əhatəlidir ki, ünvan tərk edilərkən işə salınan sistem “ani tərpəniş”ləri belə dərhal mühafizə olunan ünvandan polisə və əmlak sahibinin mobil telefonuna ötürür. Bu ötürülmə prosesi 1-3 dəqiqə ərzində polisin əməliyyat qruplarının ünvana gəlməsini təmin edir".

23/

07/19

“İnstagram” sosial şəbəkəsində tanış olaraq oğurluqlar edən şəxslər saxlanılıb

“İnstagram” sosial şəbəkəsində tanış olaraq paytaxtda oğurluqlar edən şəxslər saxlanılıb Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur. Bunu sübut edən hadisələrdən biri Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, gecə saatlarında qəsəbə ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub. Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən “Moskviç 21406” markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb. Avtomobilin sürücüsü və maşında olan 4 nəfər marketə oğurluq məqsədi ilə daxil olduqlarını etiraf ediblər.
Arxiv