Statistik göstəricilər

M Ə L U M A T: Son dövrlər Baş Mühafizə İdarəsinin və tabelliyindəki hissələrin madd-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlara normal iş şəraitinin yaradilması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 4 yeni inzibatı bina tikilib istifadəyə verilmiş, 16 inzibatı bina isə əsaslı təmir olunmuşdur. Mühafizə hissələrinin nəqliyyat parkınin yeniləşdirilməsi istiqamətində də zəruri işlər gprülmüş, bu məqsədlə 100 ədəd yeni avtomaşın alınmışdır. 2017-ci ilin 9 ayı ərzində DİN-in Baş Mühafizə İdarəsinin və tabeliyindəki strukturların fəaliyyəti barədə M Ə L U M A T: 2017-ci ilin 9 ayı ərzində Baş Mühafizə İdarəsinin tabeliyindəki 1 Polis alayı, 14 Mühafizə İdarəsi, 19 şöbə və 17 mühafizə bölməsinin qüvvəsi ilə dövlət və özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunmuş, bağlanmış müqavilələr əsasında 1699 obyektdə digər xidmət növləri göstərilmiş, qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100% təmin olunmuşdur. Qorunan obyektlərin mühafizəsinə 9063 əməkdaş və mülki işçi, o cümlədən 365 zabit, 5525 sıravi və kiçik rəis heyəti, 3173 mülki işçi cəlb olunmuşdur. Hesabat dövründə qorunan obyektlərin sayı 820, dıgər xidmət növünün göstərilməsinə dair bağlanmış müqavilənin sayı isə 27 vahid artmışdır. İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin nəticəsində ilin əvvəli ilə müqayisədə zabit ştatlarının sayı 6 vahid azaldılmışdır. Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 962 vahid artırılmış, məntəqələrə qoşulan ümumi sayı 11851, o cümlədən mənzillərin sayı 5936 vahid təşkil etmişdir. Respublikanın digər şəhər və rayonlarında mərkəzləşdirilmiş mühafizənin təşkili istiqamətində tədbirlər davam etdirilmiş, Qəbələ şəhərində Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsi yaradılmış, habelə əlavə ötürücü qurğular quraşdırıldığından Xaçmaz rayonunun Xudat və Tovuz rayonunun Qovlar yaşayış məntəqələrində, ümumilikdə isə paytaxtla birlikdə respublikanın 41 şəhər və rayonunda obyektlərin məntəqələr vasitəsilə mühafizəyə qəbul olunmasına şərait yaranmışdır. 2017-ci ilin oktyabr ayının 1-nə Bakı şəhərində 4452, Sumqayıtda 285, Abşeronda 408 (Bağ massivləri də daxil olmaqla), respublikanın digər şəhər və rayonlarında isə 791 mənzil qorunmuşdur. Cari ilin 9 ayı ərzində isə “həyəcan” siqnallarına əsasən 119 obyektdə, o cümlədən 8 mənzildə oğurluq hadisəsinin qarşısı alınmış, 34 fakt üzrə 47 nəfər hadisə yerində, onlardan 4-ü mənzillərdə yaxalanmışdır. Ümumilikdə isə hesabat dövründə qorunan obyektlərdən 149 oğurluq hadisəsinin qarşısı alınaraq 88, digər 100 cinayətin qarşısı alınaraq 120, axtarışda olan 296, ictimai qayda pozuntusuna görə isə 1123 nəfər saxlanılmışdır. Görülmüş profilaktiki tədbirlər nəticəsində 19 silah və 143 ədəd döyüş sursatı aşkar edilərək ərazi polis orqanlarına təhvil verilmişdir. Bu müddət ərzində 32 yanğın hadisəsinin qarşısı alınmışdır. Vətəndaşların müraciətinə baxılması va onların qəbuli işi diqqət mərkəzində saxlanılmış, 9 ay ərzində ümumilikdə 7727, o cümlədən Baş İdarədə 3825 müraciətə baxılmış, müxtəlif məsələlərlə əlaqədar 293 vətəndaş Baş İdarə rəhbərliyinin, 1098 vətəndaş isə mühafizə hissələri rəislərinin qəbulunda olmuşdur. "DİN-in Baş Mühafizə İdarəsi"