25.01.2018-ci il tarixdə saat 18:10 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Xızı rayonu Giləzi kəndinin ərazisində yerləşən, qorunan, “ANAMA”ya məxsus partlamış və partlamamış hərbi sursatların toplandığı ərazidən çəkisi 10 kq olan mərmi qəlpələrini oğurlamağa cəhd göstərmiş Giləzi kənd sakini, əvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Kərimov Mahir Abil oğlunu saxlayaraq Xızı RPŞ-yə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
26/
22.01.2018-ci il tarixdə saat 18:50 radələrində, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun T.Xəlilbəyli küçəsində yerləşən, “Mərkəzi Unvermaq”da quraşdırılmış “Qırmızı Aypara” Cəmiyyətinə məxsus xeyriyyə qutusunun plomblarını qıraraq içərisində olan pulları oğurlayıb qaçarkən, 1983-cü ildə Salyan rayonunda anadan olmuş, Bakı şəhəri, 20-ci cahə ərazisində yaşayan, Əsgərov Xeyrulla İbadulla oğlunu saxlayaraq ərazi üzrə 9-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Səbail RPİ-nin 9-cu PB-də araşdırma aparılır.
23/
21.01.2018-ci il tarixdə saat 05:45 radələrində paytaxtı sakini, əvvəllər AR CM-nin 332.1 maddəsi ilə məhkum olunmuş 1983-cü il təvəllüdlü Abbasov Mürsəl Rövşən oğlu Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən, “Tac” mağazasının qarşısında “Mersedes Benz” markalı avtomaşınla taksi fəaliyyəti göstərən 1986-cı il təvəllüdlü Vüsal Baxışovu hədələmiş və onu Biləcəri qəsəbəsinə aparmasını tələb etmişdir. Həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevikliyi nəticəsində M.Abbasov saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Bölmədə M.Abbasovun üzərində 1 ədəd Tayvan istehsalı olan “KMİ-70” markalı travmatik tapançanın daşıdığı müəyyən edilmişdir. Faktla bağlı Yasamal RPİ-nin 27-ci PB-də araşdırma aparılır.
22/
18.01.2018-ci il tarixdə saat 12:48-də Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun ərazisində yerləşən, qorunan “Turan Bank” ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalı əsasında dərhal hadisə yerinə çıxmış və quldurluq yolu ilə banka basqın edərək orada müştəri qismində olan paytaxt sakini, 1967-ci il təvəllüdlü S.Nəcəfovanın boğaz nahiyyəsinə bıçağı dirəyib öldürəcəyi ilə hədələyərək bank işçilərindən xəzinədarlıqdan pul verilməsini tələb etmiş şəxs tərksilah edilərək tutulmuş və ondan soyuq silaha aid edilə biləcək bıçaq götürülmüşdür. Həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilmiş və maddi subutla birgə sonrakı araşdırmalar aparılması üçün Yasamal RPİ-nin 27-ci PB-yə təhvil verilmişdir. Faktla bağlı Yasamal RPİ-nin 27-ci PB-də araşdırma aparılır.
18/
15.01.2018-ci il tarixdə saat 15:50 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “Oba” marketdən ərzaq məhsulları oğurlamağa cəhd edən, Lənkəran şəhərində anadan olmuş, Zabrat qəsəbəsndə müvəqqəti yaşayan 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlunu Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişdir. Bölmədə E.Sadıqovun 21.11.2017-ci il tarixdə rayonun E.Mehdiyev küçəsində yerləşən “Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyinə görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilmişdir. Faktla bağlı araşdırma aparılır.
16/
14.01.2018-ci il tarixdə saat 10:00 radələrində, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinin plastik konstruksiyalı pəncərəsinin dəmir barmaqlığıni qopararaq və pəncərəni sındıraraq oğurluq məqsədi ilə içəri daxil olan, Balakən rayon sakini 1996-cı il təvəllüdlü Əzizov Məhəmməd Nəriman oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Yasamal RPİ-nin 27-ci PB-də araşdırma aparılır.
15/
14.01.2018-ci il tarixdə saat 04:00 radələrində, Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları, qorunmayan şəhərin L.İbrahimov küçəsində yerləşən “OBA” marketin vitrin şüşəsini sındıraraq müxtəlif növ siqaretlər və ərzaq məhsulları oğurlayaraq hadisə yerindən qaçmaq istəyərkən, Şirvan şəhər sakini 1967-ci il təvəllüdlü Mustafayev Hüseyn Əliqardaş oğlunu yaxalayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
13.01.2018-ci il tarixdə saat 03:30 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən C.Süleymanovaya məxsus evdən bir ədəd kombi və bir ədəd velosiped oğurlayıb qaçarkən, qəsəbə sakini əvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Musayev Cəlal Hidayət oğlunu saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-də araşdırma aparılır.
13/
12.01.2018-ci il tarixdə saat 21:00 radələrində Biləcəri qəsəbəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “ARMY” marketdən ərzaq məhsullarını oğurlamış, Sumqayıt şəhər sakini, əvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Mustafayev Elvin Əfqan oğlunu Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 6-cı Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
12/
12.01.2018-ci il tarixdə saat 16:23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən ərzaq məhsulları oğurlayıb qaçmaq istəyərkən, Zabrat qəsəbə sakini, 1996-cı il təvəllüdlü Xəlilov Azər Gülağa oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.