10.01.2018-ci il tarixdə saat 18:00 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “OBA” marketdən ərzaq məhsulları oğurlayıb qaçarkən Salyan rayon sakini 1977-ci il təvəllüdlü Nuralıyev Qabil Nazim oğlunu saxlayaraq ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
11/
04.01.2018-ci il tarixdə saat 17:45 radələrində, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Saray qəsəbəsində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Əsləm” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlayarkən, 92 manat dəyərində ətiriyyat məhsulları oğurlamış Cəbrayıl rayonunda anadan olmuş, Sumqayıt şəhərində yaşayan, 1962-ci il təvəllüdlü Şirinov Mehman Qurban oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
05/
01 yanvar 2018-ci il tarixdə saat 01:30 radələrində, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Tunel” gecə klubunda Bakıya turist kimi gələn İran İslam Respublikasının vətənaşı Ağayı Əhəd Dünyamalıya məxsus “Samsunq S5” markalı mobil telefonu oğurlamış paytaxt sakini, 1978-ci il təvəllüdlü əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş Əliyev Vüqar Qabil oğlunu Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 20-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
02/
01 yanvar 2018-ci il tarixdə saat 01:00 radələrində, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən fiziki şəxsə məxsus Gözəllik salonundan içərisində 5000 manat və müxtəlif əşyalar olan pul kisəsini açıq talama yolu ilə aparmış Ağdam rayonunda anadan olmuş Bakı şəhərində müvəqqəti yaşayan, 1989-cu il təvəllüdlü Ağayev Ağadadaş Valeh oğlunu həmin gecə saat 05:40 radələrində Tbilisi prospektində yerləşən “Tunel” gecə klubunda, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
27.12.2017-ci il tarixdə gecənin ikinci yarısı saat 04:59 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, fiziki şəxsə məxsus “Avto ehtiyyat hissələri” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektin giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Obyektin giriş qapısına oğurluq məqsədi ilə müdaxilə edən şəxslər hadisə yerindən qaçmaq istəyərkən polislərin çevikliyi sayəsində saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil verilib. Bölmədə obyektdən oğurluğa cəhd edən şəxslərin paytaxt sakinləri, 1992-ci il təvəllüdlü Novruzov Süleyman Həsən oğlu və 1983-cü il təvəllüdlü Qasımov Niyaz Bəxtiyar oğlu olduğu müəyyən edilib. Faktla bağli Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılır.
27/
19.12.2017-ci il tarixdə saat 22:27 radələrində Xətai rayonu, Sarayevo küçəsi-11 ünvanında yerləşən, fiziki şəxsə məxsus, qorunmayan “Ramil” marketin giriş qapısını daş parçası ilə sındıraraq oğurluğa cəhd göstərmiş, Naxçıvan MR Culfa rayonunda qeydiyyatda olan, paytaxtın Xətai rayonu ərazisində yaşayan 1987-ci il təvəllüdlü Piriyev Ramin İbrahim oğlunu ərazidə xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmalar aparılması üçün 34-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.
21/
16.12.2017-ci il tarixdə saat 00:05 radələrində Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Avromed Dokta” MMC-yə məxsus aptek məntəqəsindən Regional Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, aptekin ön vitrin şüşəsini sındırmaqla içəri daxil olaraq oğurluğa cəhd göstərmiş, Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Taleh Dursun oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağli Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
18/
06.12.2017-ci il tarixdə saat 19:48 radələrində Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Metro Mart” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən ərzaq məhsulları oğurlamağa cəhd göstərmiş, Nəsimi rayon sakini, 1985-ci il təvəllüdlü Cabbarov Tamerlan Tahir oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 17-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
07/
06.12.2017-ci il tarixdə saat 09:58-də Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus mənzildə fəaliyyət göstərən Lombardan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Salyan Rayon Mühafizə Bölməsinin əməkdaşları, lombardın işçisinə naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyini aşkar etmişlər. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin İsti izlərlə axtarışı həyata keçirilib və polisin çevikliyi sayəsində, hadisəni törədən şəxs, Salyan şəhər sakini 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu saxlanılaraq zərərsizləşdirilib. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.
06/
03.12.2017-ci il tarixdə saat 16:20 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşlar, Sahil qəsəbəsində yerləşən “Van Gord” şirkətinə məxsus 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparatı, 1 ədəd xalça, 2 ədəd qızdırıcı və digər xırda məişət əşyalarını ”Mitsubishi Pajero” markalı Az 90 UB 770 dövlət qeydiyyat nömrəli avtomaşına yükləyərək oğurluğa cəhd göstərmiş Paytaxt sakinləri, 1986-cı il təvəllüdlü Göyüşov Aqil Əlisəfa oğlu və 1982-ci il təvəllüdlü Əbilov Teymur Səttarağa oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 38-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.