02 dekabr 2017-ci il tarixdə saat 15:00 radələrində, Nərimanov rayonu, Həsən Əliyev küçəsində, Paytaxt sakini 1996-cı il təvəllüdlü Ülvi Cuvarlıya bıçaqla hədə qorxu gələrək ona məxsus “Samsung” markalı mobil telefonu alaraq cinayət törətmiş Suraxanı rayonun Bül-bülə qəsəbə sakini, əvvəllər AR CM-nin 180.1, 326.1 və177.1 maddələri ilə məhkum olunmuş 2000-ci il təvəllüdlü Osmanov Seymur Samir oğlunu Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
04/
01.12.2017-ci il tarixdə saat 23:00 radələrində Paytaxtın 8-ci km qəsəbəsində yerləşən “4 №” ticarət mərkəzində, piştaxtaların birindən müxtəlif növ geyim əşyalarıni oğurlayıb qaçmaq istəyərkən Göyçay rayonu, Ərəb kənd sakini 1968-ci il təvəllüdlü İsmayılov Elşad Əlisahib oğlunu ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq 24-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
02/
30.11.2017-ci il tarixdə saat 14:30 radələrində “Bakı-Zabrat” körpüsünün kənarına çəkilmiş dəmir konstruksiyanın üzərində quraşdırılmış metal bəzək əşyalarını sökərək oğurlamağa cəhd göstərmiş Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyatda olan, Paytaxtın Xəzər rayonu ərazisində yaşayan əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Süleymanov Qədir Rafiq oğlunu ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq 12-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
01/
28.11.2017-ci il tarixdə saat 12:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən ümumi dəyəri 103 manat olan ərzaq məhsulları oğurlamış Göygöl rayon sakini, Sabunçu qəsəbəsində yaşayan, əvvəllər AR CM-nin 234-cü maddəsi ilə iki dəfə məhkum olunmuş 1979-cu il təvəllüdlü Vəliyev Nazim Nürəddin oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
29/
23.11.2017-ci il tarixdə saat 16:00 radələrində, Suraxanı Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun İ.Şükürov küçəsində yerləşən, 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin balansında olan binanın pəncərəsindən girmək yolu ilə 1 ədəd istilik radiatoru və plastik qapını oğurlamağa cəhd göstərmiş Əmircan qəsəbə sakini, 1999-cu il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
24/
20.11.2017-ci il tarixdə saat 01:15 radələrində, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Xırdalan şəhərində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Fresco-6” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlayarkən, müxtəlif növ ərzaq məhsullarını oğurlmış Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Əlixanov Malik Cavad oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
20/
17.11.2017-ci il tarixdə saat 17:00 radələrində “Bakı-Aeroport” körpüsünün kənarına çəkilmiş dəmir konstruksiyanın üzərində quraşdırılmış metal bəzək əşyalarını və 6 ədəd led lampaları sökərək oğurlamağa cəhd göstərən Zaqatala rayonu, Yuxarı Tala kənd sakini 1975-ci il təvəllüdlü Mustafayev Vüqar Xudat oğlunu ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq 12-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Bölməsində araşdırma aparılır.
18/
13 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində, Nizami rayonu, R.Rüstəmov küçəsində Nizami RPİ-nin 24-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı, rayon ərazisində yerləşən “Abşeron-REŞ” MMC-dən çəkisi 25 kq, ümumi dəyəri 220 manat olan mis şinləri oğurlayan, Xaçmaz rayon sakini, 1997-ci il təvəllüdlü Yusipov Adil İsmayıl oğlu və Kürdəmir rayon sakini 1995-ci il təvəllüdlü Şıxəliyev Loğman Fariz oğlunun yaxalanmasında və ərazi üzrə Polis Bölməsinə təhvil verilməsində Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinin əməkdaşları yaxından köməklik göstərmişlər.
14/
08 noyabr 2017-ci il tarixdə saat 16:40 radələrində, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Bakı-Sumqayıt şosesinin 12 km-də yerləşən, qorunan “Azər-Siti” supermarketdən ümumi dəyəri 153 manata yaxın müxtəlif növ ərzaq məhsullarını (viski, şokolad və s.) oğurlamağa cəhd göstərənlər, Ağdaş rayon sakinləri, Sumqayıt şəhərində kirayəşin yaşayanlar 1991-ci il təvəllüdlü Rzayev Qabil Adil oğlu və 1999-cu il təvəllüdlü Allahverdiyev Vasif Bəhtiyar oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər.
09/
08 noyabr 2017-ci il tarixdə saat 03:30 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Alı Mustafayev küçəsində yerləşən, qorunmayan, fiziki şəxsə məxsus “1001 Xırdavat” mağazasının giriş qapısının şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Abşeron rayonu, Qobu kənd sakini, 1990-cı il təvəllüdlü Umudov Ramil Allahverdi oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil vermişlər.