06.07.2017-ci il tarixdə saat 12:06 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə növbəti “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən parfumeriya məhsulları oğurlamış Füzuli rayon sakini, Zabrat-2 qəsəbəsində yaşayan, 1983-cü il təvəllüdlü Ağayev Sənan Nazim oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
07/
05.07.2017-ci il tarixdə saat 21:32 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Bayıl” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektdən dəyəri 119 (yüz on doqquz) manat olan ərzaq məhsullarını oğurlamağa cəhd göstərmiş, Ağcabədi rayon sakini 2000-cü il təvəllüdlü Səfərli Ayxan Həkimxan oğlu və Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Səfərov Rəşad Həkimxan oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 8-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.
06/
05.07.2017-ci il tarixdə saat 22:14 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən dəyəri 123 (yüz iyirmi üç) manat olan bir ədəd spirtli içkini (viski) oğurlayıb qaçmaq istəyərkən, Yasamal rayon sakini 1990-cı il təvəllüdlü Abbasov Hüseyn Mirsüleyman oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
02.07.2017-ci il tarixdə saat 02:30 radələrində, “Azərsu” ASC-yə məxsus Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, Bakı Su Kəmərinin yaxınlığında uzunluğu 15 metr, diametri 800 mm olan metal borunu 90-K-766 dövlət qeydiyyat nömrəli “Hyundai” markalı troktorla oğurlamağa cəhd göstərmiş Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini 1983-cü il təvəllüdlü Abbasov Anar Tofiq oğlunu həmin ərazidə xidmət aparan Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları saxlayaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ıi Polis Bölməsində araşdırma aparılır.
02/
29.06.2017-ci il tarixdə saat 17:10 radələrində, Qəbələ rayon Mühafizə Bölməsinin əməkdaşları, qorunan “Radio-Lokasiya” (RLS) stansiyanın ərazisində olan radiotexniki qurğuları oğurlamağa cəhd göstərən, Qəbələ rayon sakinləri 1991-ci il təvəllüdlü Aslanov Anar Məhəmməd oğlu və əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Səmədli Nicat Nazim oğlunu yaxalayaraq Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.
30/
29.06.2017-ci il tarixdə saat 16:30 radələrində, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzinin 5-ci sırasında yerləşən geyim mağazasinda, vətəndaş Nicat İsgəndərova məxsus şalvarın cibindən 1000 (min) manat pulu oğurlayan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Şəfiyev Malik Kamal oğlunu həmin ərazidə xidmət aparan Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
29.06.2017-ci il tarixdə gecənin ikinci yarısı, saat 04:00 radələrində, Abşeron rayonu, Gənclər şəhərciyinin qarşısında saxlanılan “Land Rover” markalı avtomobildən oğurluğa cəhd göstərən Masazır qəsəbə sakini, 2001-ci il təvəllüdlü İsayev Elxan Rəfayıl oğlunu həmin ərazidə yaşayan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı yaxalayaraq ərazi üzrə Abşeron RPİ-yə təhvil vermişdir. Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.
24.06.2017-ci il tarixdə saat 21:40 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektdən dəyəri 350 (üç yüz əlli) manat olan ətriyyat məmulatlarını oğurlayıb qaçmaq istəyərkən, Cəbrayıl rayonunda anadan olmuş, Bakı şəhər, Xəzər rayonu ərazisində məskunlaşmış, 1983-cü il təvəllüdlü Səfərov Vüsal Rəsul oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma
27/
21.06.2017-ci il tarixdə saat 20:10 radələrində Xətai rayonu, M.Hadi küçəsi, ev 2337 ünvanda yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, vətəndaşa məxsus mənzildən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, mənzilin giriş qapısına müdaxilə edərək içəri daxil olmuş, Naxçıvan MR, Şərur rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Ərəstun Əbdülağa oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.
22/
20.06.2017-ci il tarixdə saat 19:00 radələrində Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, Biləcəri qəsəbəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “Army” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketdən oğurluğa cəhd göstərmiş, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Haqverdiyev Cəlal Tofiq oğlunu və Şirvan şəhər sakini, əvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Hacıyev Ramil Valeh oğlunu saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.