13.05.2017-ci il tarixdə saat 15:12 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən ərzaq məhsulları oğurlayıb qaçmaq istəyərkən, əvvəllər ARCM-nin 177.2.3 maddəsi ilə məhkum olunmuş, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Rəhimov Məhəmməd Elşad oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
15/
11.05.2017-ci il tarixdə gecənin ikinci yarısı saat 04:25 radələrində, Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Xəlilov Elçin İkram oğlu, Nəsimi rayonu A.Məhərrəmov küçəsi, 45 ünvanda yerləşən, qorunmayan ərzaq mağazasının giriş qapısına müdaxilə edərkən ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə idarəsinin əməkdaşları tərəfindən yaxalanaraq 19-cu Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.
11/
08.05.2017-ci il tarixdə saat 21:20 radələrində, Siyəzən Regional Mühafizə Şöbəsinin əməkdaşı, Şabran rayon İcra Hakimiyyətinin inzibatı binasının qarşısında yerləşən istirahət parkından uzunluğu 60 metr qara rəngli 4-lük mis materialdan olan elektrik naqillərini oğurlayarkən, Şabran şəhər sakin 1988-ci il təvəllüdlü Talıbov Elnur Sadiq oğlunu saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişdir. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.
10/
01.05.2017-ci il tarixdə saat 10:15 radələrində Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektdən ümumi dəyəri 110 manata yaxın olan viski markalı spirtli içkiləri oğurlamağa cəhd göstərən, əvvəllər məhkum olunmuş, Lökbatan qəsəbə sakini, 1971-ci il təvəllüdlü Qulamov Rauf İmran oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində araşdırma aparılır.
01/
30.04.2017-ci il tarixdə saat 01:16 radələrində Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, Novxanı qəsəbəsində yerləşən, mühafizə və həyəcan siqnalizasiyası ilə təchiz olunmuş, qorunan “Bakı Retail Group” MMC-yə məxsus “Favorit” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketdən spirtli içki oğurlamağa cəhd göstərən Xaçmaz rayon sakini 1970-ci il təvəllüdlü Əzizov Həsrət Fikrət oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
28.04.2017-ci il tarixdə saat 05:03 radələrində Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, “Dəmir Bank” ASC-nin “Xırdalan” filialından Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, yanğın hadisəsini aşkar edərək dərhal FHN-nin YMX-yə məlumat vermişlər və yanğinin qarşısının alınması üçün müvafiq tədbirlər görmüşlər. Yanğın vaxtında söndürüldüyündən başqa obyektlərə keçməsinin qarşısı alınmış, obyektə heç bir maddi ziyan dəyməmişdir.
28/
27.04.2017-ci il tarixdə saat 11:30 radələrində, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Sahil qəsəbəsində yerləşən “Optimal” ticarət mərkəzində, fiziki şəxsə məxsus mağazadan müxtəlif çeşidli ərzaq məhsullarını oğurlamağa cəhd göstərmiş Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Piriyeva Mərziyyə Ağabas qızını saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 38-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində araşdırma aparılır.
26.04.2017-ci il tarixdə saat 21:25 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti-252 ünvanında yerləşən, fiziki şəxsə məxsus “Gülər” marketdən oğurluğa cəhd edən Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlunu Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı Gəncə ŞBPİ Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.
27/
24.04.2017-ci il tarixdə saat 04:30 radələrində Xətai rayonu, Sarayevo küçəsində vətəndaş Misir Nəsirova məxsus “Start” markalı velosipedi oğurlayıb qaçmaq istəyərkən, Xətai rayonu ərazisində yaşayanlar, 2002-ci il təvəllüdlü Əzizov Orxan Ramiz oğlu, Həsənov Aydın Arif oğlu və 2001-ci il təvəllüdlü Seyidov Elvin Şəmsi oğlunu Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq maddi subutla birlikdə ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.
26/
23.04.2017-ci il tarixdə saat 20:30 radələrində Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Yaxın” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektdən ümumi dəyəri 50 manata yaxın kosmetik və ətriyyat mallarını oğurlayıb qaçmaq istəyərkən Suraxanı rayon sakini, 1979-cu il təvəllüdlü Musayev Zaur Teymur oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində araşdırma aparılır.
24/