22.04..2017-ci il tarixdə saat 23:33 radələrində Binəqədi rayonu, 9 mkr., H.Babaşov küçəsində yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Park” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektin plastik konstruksiyalı giriş qapısını sındıraraq içəri daxil olmaq istəyən, Ucar rayonunda anadan olmuş, Binəqədi rayonu ərazisində yaşayan Abdullayev Ürfət Əli oğlunu saxlayaraq ərazi üzrə 7-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Binəqədi RPI-nin 7-ci Polis Bölməsində araşdırma aparılır
24/
21.04.2017-ci il tarixdə saat 13:50 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları xidmət apardıqları ərazidə, Lökbatan qəsəbəsi ərazisindən keçən “Azərsu” ASC-yə məxsus Kür Su Kəmərinin böyük həcmli su krantını kəsərək oğurlamağa cəhd göstərmiş Paytaxt sakini, 1967-ci il təvəllüdlü Səfərov Şakir Əlixan oğlu və Neftçala rayon sakini 1983-cü il təvəllüdlü Pənahəliyev Xəqani Mirəli oğlunu metalkəsən aparatla birlikdə saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
22/
21.04.2017-ci il tarixdə saat 12:30 radələrində, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində, Paytaxt sakini Məti Həsənova məxsus mağazadan, ümumi dəyəri 150 manat olan “Siemens” markalı elektrik avtomatlarını oğurlayıb avtomaşına yükləyərkən, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Osmanov Şahmali Əjdər oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
17.04.2017-ci il tarixdə saat 15:30 radələrində Biləcəri qəsəbəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “Army” marketdən ərzaq məhsullarını oğurlamış, Paytaxt sakini, əvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Qasımov Mahir Nadir oğlunu Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.
18/
14.04.2017-ci il tarixdə saat 13:55 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “Araz” supermarketdən ərzaq məhsullarını oğurlamağa cəhd göstərən, Paytaxt sakini, 1976-cı il təvəllüdlü Məhərrəmov Yaşar Tahir oğlunu Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
15/
11.04.2017-ci il tarixdə saat 01:45 radələrində Astara Rayon Mühafizə Bölməsinin əməkdaşları, Astara şəhəri, Azərbaycan küçəsi-3 ünvanda “VAZ-2107” markalı Az 10 JX 779 dövlət qeydiyyat nömrəli avtomaşının salonunda olan avadanlıqları və digər ehtiyyat hissələrini söküb oğurlayarkən Yardımlı rayonu, Keçələkəran kənd sakini, 1996-cı il təvəllüdlü Şıxəlizadə Nahid Nəsib oğlunu saxlayaraq Rayon Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
12/
20.04.2017-ci il tarixdə saat 18:20 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, qorunan mərkəzi istirahət parkında fəvvarəni elektrik enerjisi ilə təmin edən Kabelləri bıçaqla kəsərək oğurlamağa cəhd göstərmiş, Xaçmaz şəhər sakini, əvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Hacımətov Bəhruz Hacımet oğlunu ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları yaxalayaraq Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
11/
06.04.2017-ci il tarixdə saat 21:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən ərzaq məhsulları oğurlayıb qaçmaq istəyərkən, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Əliyev Bəhlul Əhəd oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
10/
02.04.2017-ci il tarixdə saat 19:15 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən, “United Sport” mağazasından 150 (yüz əlli) manat dəyərində olan ayaqqabını oğurlayıb qaçarkən, Füzuli rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan, 1983-cü il təvəllüdlü Quliyev Süleyman Telman oğlunu Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq ərazi üzrə 22-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.
03/
31.03.2017-ci il tarixdə saat 22:20 radələrində Binəqədi RPİ-nin 7-ci PB-nin, ƏÇPA-nın 2-ci PB-nin və Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməlliyyat axtarış tədbirləri zamanı Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı Az 10 RF 044 dövlət qeydiyyat nömrəli avtomaşını qaçıranlar Yasamal rayon sakinləri, 2001-ci il təvəllüdlü Cabbarov Rauf Dayandur oğlu və qardaşı 2003-cü il təvəllüdlü Cabbarov Emil Dayandur oğlu, Binəqədi rayonu 9-cu mkr., ərazisində saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Binəqədi RPİ-nin 7-ci PB-də araşdırma aparılır.
01/