MƏLUMAT

20.06.2017-ci il tarixdə saat 19:00 radələrində Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, Biləcəri qəsəbəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “Army” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketdən oğurluğa cəhd göstərmiş, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Haqverdiyev Cəlal Tofiq oğlunu və Şirvan şəhər sakini, əvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Hacıyev Ramil Valeh oğlunu saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.

Arxiv

22/

06/17