Azərbaycan DİN Baş Mühafizə İdarəsinin maddi-texniki bazası ən yüksək səviyyəli mühafizə xidmətləri təqdim etmək üçün bütün lazımi ləvazimat və avadanlıqlara malikdir. İdarə avto-moto- nəqliyyat parkı, zəruri rabitə vasitələri və siqnalizasiya, silah və sursatla və həmçinin müdafiə vasitələri və avadanlıqları ilə tam şəkildə təchiz edilmişdir.

Baş Mühafizə İdarəsində yüksəkixtisaslı kadrların hazırlanmasına böyük diqqət ayrılır. Bütün mütəxəssislər İdarənin təlim-hazırlıq mərkəzində tədris kursu keçirlər. Bundan da başqa, zəruri fiziki hazırlıqlı olmaq üçün bütün əməkdaşlar müntəzəm şəkildə ən yeni avadanlıqlarla təchiz edilmiş idman kompleksində məşqlər edirlər. Eyni zamanda, maksimal şəkildə real şəraitə yaxınlaşdırılmış ekstremal vəziyyətlərdə düzgün reaksiya göstərmək vərdişləri üçün mühafizə xidmətinin əməkdaşları tirdə odlu silahdan atəş açmaq bacarıqlarını mükəmməlləşdirirlər.

Baş Mühafizə İdarəsinin öz işində istifadə etdiyi avtomatik mühafizə sistemləri də xüsusi diqqət cəlb edirlər. 1999-cu ildən başlayaraq, artıq 10 ildən çoxdur ki, Baş Mühafizə İdarəsi “Yarasa” şirkəti ilə əməkdaşlıq edir. Şirkətin BMİ ilə müştərək işinin nəticəsi olaraq “YARASA-INFORMER” məlumat-texniki xidməti yaradılmışdır. “YARASA-INFORMER” xidmətinin qarşısında duran vəzifə isə mühafizə olunan obyektlər üzərində sutkanın 24 saatı boyunca mərkəzləşdirilmiş qaydada müşahidə aparmaqdır.

“YARASA-INFORMER” xidmətinin işində istifadə olunan avadanlıq şirkət tərəfindən ABŞ-dan alınıb gətirilmişdir. Bu texniki vasitələrə məxsusi olaraq etibar edilmənin mənbəyi – onun ABŞ-da hərbi-sənaye kompleksinin ehtiyacları üçün istehsal edildiyi, yəni ən yüksək dərəcədə etibarlılığa malik olmasından qaynaqlanır.

Mühafizə olunan obyektdə təhlükəli və yaxud həyəcanlı vəziyyət yarandıqda, burada quraşdırılmış xəbərdaredici cihazlardan növbətçinin idarəetmə pultuna eyni zamanda iki kanalla – radio və telefon xətti vasitəsilə siqnal daxil olur. Bundan sonra məlumat ani şəkildə müvafiq rayonda növbə çəkən xüsusi silahlı mühafizə dəstəsinə ötürülür. Həyəcan siqnalının növbətçinin pultuna daxil olmasından Mühafizə İdarəsinin əməkdaşlarının hadisə yerinə gəlmələrinə qədər adətən üç-dörd dəqiqədən artıq vaxt çəkmir. Həyəcan siqnalına bu vaxt ərzində reaksiya vermək isə qəbul edilmiş beynəlxalq normativlərə uyğun gəlir.

Göstərilən xidmətlərin keyfiyyətinin dövlət standartı – Baş Mühafizə İdarəsini xüsusi mühafizə şirkətlərindən fərqləndirən başlıca xüsusiyyətdir.

Yarım əsrdən artıq tarixə və zəngin iş təcrübəsinə malik olan DİN-in Baş Mühafizə İdarəsi özəl mühafizə qurumlarından fərqli olaraq, baş verə biləcək hadisələr nəticəsində mülkiyyətçilərə dəymiş ziyanın ödənilməsinə təminat verir.

Mühafizə xidmətini özəl qurumlardan fərqləndirən digər əsas cəhətlərdən biri də onun mülkiyyətçinin əmlakının silahlı mühafizəsini təmin etməsidir.